Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lider TV-nin yayımı bərpa edildi - Yenilənib

“Lider TV ilə bağlı açıqlama...

Lider TV-nin yayımı bərpa olunub.

PİA.az-ın xəbərinə görə, Lider telekanalı əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Lider TV-nin yayımı dayanıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib. O qeyd edib ki, bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək, telekanalın maliyyə borcu var.APA

***

“Lider TV & Radio Azerbaijan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.

PİA.az-ın xəbərinə görə, MTRŞ-nın Yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xudzadə LiderTV-nin yayımının dayandırılması ilə bağlı xəbəri təkzib edib:

“Televiziya və radio kanalında kompleks profilaktika tədbirləri keçirilir. Bu gün saat 16:00-dan sonra kanal öz fəaliyyətin bərpa edəcək”. (Unikal.org)

***

Televiziya şirkətinin əməkdaşları virtualaz.org-a bildiriblər ki, bir neçə saat əvvəl Lider TV rəhbərliyinin nümayəndələri kollektivin yaradıcı hissəsinə sabah televiziya kanalının fəaliyyətinin dayandırılacağı barədə xəbərdarlıq ediblər.

Yayımın dayandırılmasının səbəbləri barədə məlumat verilmir.

***

Azərbaycanın Lider TV kanalının yayımı gözlənilmədən kəsilib. Telekanalın efiri “Gecənin sehri” verilişi yayımlanarkən dayandırılıb.

Hazırda yayımın dayandırılmasının səbəbləri barədə məlumat verilmir. Virtualaz.org rəsmi mənbələrdə şərh ala bilməyib.

Qeyd edək ki, əvvəllər media kanalda ciddi maliyyə problemlərinin olduğu barədə dəfələrlə yazıb.

Onu da xatırladaq ki, Lider TV kanalı 2000-ci ildə yaradılıb. Rəhbəri Ədalət Əliyevdir.

pia.az

 


Etiket: Lider tv


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar